“Ramiz Mehdiyevin fəallaşması onu deməyə əsas verir ki, suda batdığı üçün saman çöpündən yapışır. Ramiz Mehdiyev görür ki, xəyanətlərinin hamısı üzə çıxıb. Onun vaxtilə əlillik kağızı verdiyi Cəmil Həsənova müəyyən faktların ötürülməsi üzə çıxıb. O cümlədən özünü ana müxalifət adlandıranlarla əlaqəsi aşkarlanıb. Bu cinayətlərin hamısı ortadadır, ona görə də Mehdiyev çox isterik vəziyyətdədir”.
Bu sözləri Ramiz Mehdiyevin ötən gecəki bəyanatına münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev açıqlamasında deyib. O, Mehdiyevin xaricdə olan himayədarları vasitəsilə dövlət çevrilişi etmək istədiyini vurğulayıb: