Azərbaycan Jurnalistlər birliyinin üzvü, Lerik rayon sakini İlham İbadlı redaksiyamıza məktub ünvanlayıb. Məktubda rayon İcra Hakimiyyətinin başçısı haqqında ilginc məlumatlar yer alıb.
Pravda.az həmin məktubu olduğu kimi dərc edir:
“Yaxın günlərin söhbətidir. Mətbuat səhifələrində ölkə Prezidenti cənab İlham Əliyevin dövlət məmurlarına bir müraciətini oxudum. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə deyir: “Mətbuata heç vaxt hücum etmək olmaz. Xüsusilə, dövlət işində işləyənlər tərəfindən, məmurlar tərəfindən və digər vəzifəli şəxlər tərəfindən yolverilməzdir. Mən yenə deyirəm ki, özüm bunu heç vaxt etməmişəm, etməyəcəm də və bütün məmurlara deyirəm ki, məndən nümunə götürsünlər”.
Yuxarıda qeyd etdiyim ölkə Prezidentinin şəxsən dedikləridir. Bəs görün Lerikin İcra başçısı Rövşən Bağırov yoldaş nə edir? Mən 2008-ci ildə Lerik rayonunda ev almışdım. Evi alarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ruhunda bir teleqram da göndərdim. Söz yox, həmin il evlə bağlı bizə sənəd verə bilmədilər. Yəni hələ sənədləşmə getməmişdi. Lakin bir il sonra evin mənə verilməsilə bağlı 20 iyul 2009-cu il tarixli Təhkim aktı da verildi. Həmin Təhkim aktında qeyd olunur: Balanslaşdırılma müəyyən vaxt tələb etdiyindən yuxarıda qeyd olunmuş mənzil vətəndaş İlham İbadova bu mənzil üzərində mülkiyyət hüququ saxlamaq şərti ilə, ona Təhkim olunmuşdur.
Lerik Rayon İcra Hakimiyyətində 5 rəsmi şəxsin imzası ilə verilmiş sənəd və mənim mənzili təhvil almaq ilə imzam. Həmin sənəd Lerik rayon İcra Hakimiyyətindən tələb edilib alına bilər. Mənim özümdə də həmin sənədin surəti var. Lakin müəyyən səbəblər üzündən 2019-cu ilin 26 sentyabrda Lerikdə bir qrup müftəxor evimə hücum etmiş və əmlakımda evdə qalmaq şərtilə evimi zəbt etmişlər Evimi kimlər zəbt edib? 1-cisi Lerikin İcra başçısı Q.Bagırov yoldaş və Lerik rayonundan Milli Məclisə deputat “seçilmiş” İqbal Fatimoğlu.