Koronavirusa yoluxan tarixçi alim Dilavər Əzimlinin vəziyyəti ağır olaraq qalır.
Dilavər Əzimlinin vəziyyəti ağırdır
Pravda.az-ın xəbərinə görə, bu barədə siyasi şərhçi Azər Rəşidoğlu məlumat verib.
“Bir aydan çoxdur ECMO aparatına qoşulub. Həkimlər bacardıqlarını edirlər. Lakin müsbətə doğru irəliləyiş yoxdur. Alimin həyatı hələ də təhlükədədir. Ümid edirəm ki, Elmlər Akademiyasının Tarix İnstitunun yeni rəhbərliyi öz əməkdaşının taleyi ilə daha yaxından maraqlanacaq” – A.Rəşidoğlu bildirib.