Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan verilən məlumata görə, daxil olan məlumatlara əsasən, Ukraynanın Donetsk (Donetsk) vilayətinin Volnovaxa rayonu, İran İslam Respublikasının Kirmanşah (Kermanshah) əyalətinin Sərpol Zəhab və Kirmanşah, Xuzistan (Khuzestan) əyalətinin Dəşt Azadegan və Qərbi Azərbaycan (West Azerbaijan) əyalətinin Məhabad inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.