Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Kamal Kəbirlinski vəfat etdi

1 256
Paylaş:
Kamal Kəbirlinski vəfat etdi

Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetindən verilən məlumata görə, o, 85 yaşında vəfat edib.

Professor Kamal Kəbirlinski 1969-cu ildən ATU-nun Bədən Tərbiyəsi və İdman Kafedrasına rəhbərlik edib. O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub.

Prezident təqaüdçüsü Kamal Kəbirlinski "Tərəqqi" medalına layiq görülüb.

Paylaş:

Ən son xəbərlər