BURADA REKLAMINIZ OLA
BİLƏR

Yataqxanada 2 nəfərin meyiti aşkarlandı

Sumqayıt şəhərinin 18-ci məhəlləsində yataqxanaların birində mənzildən 2 meyit tapılıb. 

 

Pravda.az-ın xəbərinə görə, yataqxanada ətrafa üfunət iyi yayıldığını görən qonşular aidiyyəti qurumlara müraciət ediblər.

 

Müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə 2 nəfər kişinin meyitini aşkarlayıblar. Araşdırma nəticəsində onların içki məclisindən sonra öldüyü məlum olub. Ehtimal olunur ki, həmin şəxslər yeyib-içdikdən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törədiblər. Ölən şəxslərin məhz tüstüdən zəhərlənərək öldüyü məlum olub.

 

Meyitlərə keçirilən baxış zamanı onların çürüdüyü və hadisənin 5 gün bundan qabaq baş verdiyi istisna olunmur.

 

Ölənlərdən birinin şəxsiyyəti də məlum olub. Bu 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 8 Yanvar 2020, 22:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin