"İstəyirəm müasirləşək: klip, mahnı... Dünya format olub, şou-biznes də dəyişsin. Efirdə toyxana yığışdırılsın. Cavan, musiqini bilən müasir gənclər çıxsın verilişlərə. Efirdə toyxana olmaz. Bitsin bu söhbət. Toyu gətirib soxmuşuq efirə. Aygün Kazımova, Faiq Ağayevin vaxtında estrada necə gözəl idi. "Rakada-çıkada" nə qədər olar? Elə mahnı oxumalıyam ki, məni ona görə toya çağırsınlar. Getdiyim toylarda da öz repertuarımı oxuyuram".
Pravda.az xəbər verir ki, bu sözləri Səidə Sultan "10-da görüşək" proqramında deyib. Sənətçi efirdən şikayətlənib.
Səidə "W-trio"nun üzvləri Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi haqda suala "Üçü də özünə görə ifritədir" cavabını verib.