"Övladım 2 yaş yarımlığındadır. Danışa bilmir, insanlarla üsniyyət qurmur. Onu necə efirə çıxardım? 4-5 yaşına gəlsin, danışa bilsin onu göstərəcəm. Çox istəyirəm oğlumu göstərim, amma hələ tezdir. üzdən atasının eynisidir".
Pravda.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "10 qat şou" proqramında deyib. Sənətçi övladını göstərməməsinin səbəbini açıqlayıb.
Oksana bildirib ki, bundan sonra rəqqasə kimi görünməyəcək və fəaliyyətini aktrisa olaraq davam etdirəcək.
