BURADA REKLAMINIZ OLA
BİLƏR

Xanhüseyn Kazımlının qızı deputat olmaq üçün imza topladı

Beşinci çağırış Milli Məclisin yaşlı deputatlarından olan Xanhüseyn Kazımlı ilə bağlı maraqlı məlumat əldə etmişik.

 

Məlumata görə, deputat qarşıdan gələn növbədənkənar parlament seçkilərnə qatılacaq. Bu dəfə özü deyil, qızı ilə. Belə ki, o, qızının namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən fərdi namizəd kimi irəli sürüb.

 

80 saylı İmişli-Beyləqan seçki dairəsindən bildirilib ki, Xanhüseyn Kazımlının qızı sənədlərini DSK-ya dünən təqdim edib:

 

“Əsli Kazımova deputatlığa namizəd olmaq üçün sənədlərini dünən təqdim edib”.

 

Qeyd edək ki, Xanhüseyn Kazımli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.Modern.az

 

Xatırlatma: Xanhüseyn Kazımlı bir müddət öncə, Milli Məclisdə etdiyi dolaşıq çıxışla gündəmə gəlmişdi.

Tarix: 9 Yanvar 2020, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin