Rusiya fevralın 17-dən Azərbaycanla hava əlaqəsini rəsmən bərpa edəcək.
Pravda.az TASS-a istinadən xəbər verir ki, müvafiq qərar fevralın 3-də Rusiya Federasiyası hökuməti tərəfindən qəbul edilib. Ölkələr arasında reyslər keçən il pandemiya fonunda dayandırılıb.
Ölkələrin aviaşirkətləri həftə ərzində iki dəfə reys təşkil etmək imkanı qazanıblar. Rusiyanın "Aeroflot" şirkəti ötən həftə bildirib ki, fevralın 17-dən Bakıya həftədə iki reys təşkil etməyi planlaşdırır.