BURADA REKLAMINIZ OLA
BİLƏR

Əflatun Amaşov deputat olmayacaq

Mətbuat Şurasının sədri, sabiq depuatat Əflatun Amaşov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Pravda.az-ın xəbərinə görə, Milli Məclisin V çağışında 62 saylı Saatlı Seçki Dairəsindən deputat seçilən Ə. Amaşov bu ilki seçkilərə qatılmamaq qərarı verib.

 

O, Seçki Dairəsinə namizədliklə bağlı hər hansı sənəd təqdim etməyib. MŞ sədrinin telefonları bağlıdır, hazırda xaricdə olduğu bildirilir. BakuPost.az

 

Qeyd: Deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsi müddəti isə sabah – yanvarın 10-da başa çatır.

Tarix: 9 Yanvar 2020, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin