"Çoxları elə bilir ki, oliqarxla ailə qurmuşam. Yox. Elə düşünürlər ki, müğənninin gözü ancaq puldadır. Mən sevgini seçdim. Hər şeyi həyat yoldaşımın üstünə yıxa bilmərəm. Əsas odur övladı üçün hər şey edir".
Pravda.az xəbər verir ki, bu sözləri "Pişik" Günel ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova deyib. "Hüseynova bacıları" proqramında qonaq olan sənətçi maddi sıxıntılarından danışıb. İfaçı həyat yoldaşını mediadan gizlətməsi ilə bağlı sualı cavablandırıb: