Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz videomüsahibə verib.
Pravda.az xəbər verir ki, Yücel Karauz Azərbaycan Ordusunun 44 günlük müharibəsinin pərdə arxası məqamlarından, yeni nəsil müharibələr tarixində imza atdığı ilklərdən danışıb.
İstefada olan general deyib ki, Azərbaycan Ordusunun qısa müddətdə qazandığı qələbəsinin arxasında dörd amil xüsusi rol oynayıb. Türkiyəli general Ermənistanda bəzi revanşistlərin Qarabağda müharibəyə yenidən cəhd edərsə, Azərbaycanın hansı addımları ata biləcəyini də dilə gətirib.