Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bibisi oğlunu qətlə yetirən şəxs saxlanıldı

1 275
Paylaş:
Bibisi oğlunu qətlə yetirən şəxs saxlanıldı

Bakıda bibisi oğlunu qətlə yetirən şəxs saxlanılıb.

Pravda.az-ın xəbərinə görə, yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini R.İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu Cavid Muxtarova bıçaqla xəsarət yetirib.

C.Muxtarov xəstəxanaya aparılarkən yolda ölüb.

Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini R.İsmiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər