Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Qazaxlı Ramiz Saday oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın xəbərinə görə, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Onun həbsdə saxlandığı 1 il 2 ay 16 gün müddət cəzadan çıxılmaqla üzərində 5 il 3 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.