Rusiyada yaşayan məşhur azərbaycanlı videobloqqer Hüseyn Həsənov avtomobilindən bir milyon rubl (23 min 200 AZN) dəyərində əşyalarının oğurlandığını açıqlayıb.
Pravda.az xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat yayıb. O qeyd edib ki, “Gelandewagen” markalı avtomobilini Moskvadakı bir restoranın yanında saxlayıb və ön oturacaqda məşhur bir markanın loqosu olan çanta qoyaraq görüşə gedib.