Ötən gün xaricdə yaşayan jurnalist Sevinc Osmanqızının şəxsi yutub kanalında "Səni çökdürəcəyik!- Mənə hücumlar və mənim cavabım" adlı verilişlə efirə çıxaraq səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Pravda.az-ın məlumatına görə, müəllif qeyd edib ki, “Səni çökdürəcəyik” şəklində hücumlar bir neçə gün əvvəl Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi verilişinə dəvət etməsindən sonra başlayıb.
S. Osmanqızı bildirib ki, onun fərqli mövqedə olmasını heç kəs problem kimi görməməlidir: “Həmin verilişdə səsləndirdiyim fikirlər başqa tərəflərə yozulmağa başladı. Yazmağa başladılar ki, “Osmanqızı qiyam edir, Osmanqızı düşərgəni dəyişir” və.s. Fəhmin Hacıyev siyasi partiya rəhbərləriylə bir debat keçirdi. Sanki bundan sonra mənim şəkillərimlə bir kampaniya başlandı. Dostlarımı hətta mənə qarşı döndərməyə çalışırlar. Patronlarıma yazırlar ki, ondan əl çək, ona dəstək olma. Mirmahmud ağayla mənim vaxtilə ANS kanalında da müsahibəm olub. Mən görürəm ki, bunlar qısqanclıqla qarşılanmaqdadır. Skrinlər göndərirlər ki, “Osmanqızı qiyam edir”. Görün efirə kimi çıxartdı?
Qardaş, nə olub? Başqa siyasətçiləri efirə çıxara bilmərəmmi? Doğrudanmı kimsə hesab edir ki, mən yalnız onların görmək istədiyi adamları çıxaracam? Bu, mənə peşəkarlıq baxımından bir təhqirdir. Mən kiməsə, hansısa siyasi partiyaya dəstək verəndə onlara görə dəstək vermirəm, mən dəstəyi öz azadlığıma, dəyərlər sistemimə görə verirəm.
Sən necə mənim azadlığıma əl qaldıra bilərsən? Mən “səni çökdürəcəm” sözünü eşidəndə tüklərim biz-biz oldu.