Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Deputatlığa namizəd Mixail Zabelinin rəqibi qanunu pozdu - FOTO

1 453
Paylaş:
Deputatlığa namizəd Mixail Zabelinin rəqibi qanunu pozdu -     FOTO

34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd İmran Ələkbərov Seçki Məcəlləsinin tələblərini pozub.

Pravda.az-ın xəbərinə görə, İ.Ələkbərov vaxtından əvvəl seçkiqabağı təşviqata başlayıb.

Seçki Məcəlləsinə əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış – fevralın 8-də saat 08:00-da dayandırılır. Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar təşviqat yanvarın 17-də başlayacaq.

Öz təşəbbüsü ilə seçkilərə qatılan İ.Ələkbərov ixtisasca hüquqşünas olsa da, görünür, məcəllənin tələblərini dərindən bilmir. Namizədin bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd: Yeni Azərbaycan Partiyası həmin seçki dairəsindən Mixail Zabelinin namizədliyini irəli sürüb.

Paylaş:

Ən son xəbərlər