“Marriott İnternational” otellər şəbəkəsinin prezidenti və baş direktoru Arne Sorenson 62 yaşında dünyasını dəyişib.
“Marriott”un rəhbəri vəfat etdi
Pravda.az xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunub.
Xatırladaq ki, 2019-cu ildə Arne Sorensonda mədəaltı vəzi xərçəngi aşkarlanmışdı. Cari ilin fevral ayında amerikalı biznesmen xəstəliyin ağır müalicəsi ilə bağlı iş qrafikini qısaltmaq qərarını vermişdi.