BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə verildi

Daha 106 erməni hərbçinin meyiti Ermənistana verilib.

Pravda.az-ın məlumatına görə, Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin meyitini Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu gün qarşı tərəfə verib.

Eyni zamanda, bildirilir ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdən indiyədək 1379 erməninin meyitinin tapıldığı açıqlanıb.


APA

Tarix: 16 Fevral 2021, 22:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin