Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Erməni separatçılarının ümidi bunadır”

1 047
Paylaş:
“Erməni separatçılarının ümidi bunadır”

"Dağlıq Qarabağ separatçılarının rus dilini “ikinci dövlət” dili kimi tanıması təxribat olmaqla yanaşı, uzaq məsafəyə hesablanmış hiyləgər gedişdir. Keçmiş sovet məkanında rus dilində ən zəif danışan millətlərdən biri ermənilərdir. Ancaq bu ermənilərə Rusiyanın vassalı olmasına mane olmur. Halbuki, Rusiyannın siyasi dairlərində də bilirlər ki, İrəvanda nə rus dilində məktəb, nə də Ermənistanda bu dilin geniş yayılması üçün zəmin var".

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, erməni separatçılarının rus dilini “ikinci dövlət” dili kimi tanıması Rusiyanın siyasi dairələrində xoş qarşılanacaq: “Erməni separatçılarının ümidi də bunadır. Başqa bir fakta müraciət edək. 10 noyabrdan bu yana, başda Azərbaycan Prezidenti olmaqla cəmiyyətimizdə rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyətlərinə dair xeyli sualları və iradları səslənib. Ancaq bu 3 ayda ermənilərin dilindən rusiyalı hərbçilərin fəaliyyəti ilə bağlı bir irada rast gəlmədim. Bu o demək deyil ki, ermənilər rusiyalı hərbçilərin fəaliyyətindən tam razıdılar. Misal üçün, rusiyalı hərbçilər Laçın dəhlizi üzərindən Dağlıq Qarabağa keçmək istəyən Fransa nümayəndə heyətini geri qaytardılar. Aydındır ki, bu olay Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağdakı separatçıların xoşuna gəlməyib. Ancaq səslərini çıxartmadılar. Çünki bilirlər ki, kiçik istisnalar xaricində rusiyalı hərbçilərin bölgədəki fəaliyyəti ümumilikdə erməni separatizmini mümkün qədər qorumağa xidmət edir".

Paylaş:

Ən son xəbərlər