İctimai Televiziyada (İTV) deputatlığa namizədlərin ödənişli seçkiqabağı təşviqatı üçün qiymət müəyyənləşib.
İTV-də seçkiqabağı ödənişli təşviqatın qiyməti açıqlandı – Bir saniyəsi 65 manat
Pravda.az-ın xəbərinə görə, namizədlərin çıxışının saniyəsinin qiyməti minimum 22, maksimum isə 65 manatdır. Çıxışlar 5 və 6 dəqiqə nəzərdə tutulur.
Gələn həftə - yanvarın 17-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat başlayır.