"Azər Türk Bank” 2020-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb.
Qaynarinfo Valyuta.Az-a istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 11 mln. 489 min manat artaraq 359 mln. 207 min manata çatıb. Bunun əsas səbəbi isə bankda bloklaşdırılmış nəğd vəsaitin 18 mln. 166 min manat artmasıdır.
Bankın mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklərinin 17 mln. 199 min manat artması dövlət bankının cəmi öhdəliklərinin artmasına səbəb olub. Belə ki, "Azər Türk Bank”ın cəmi öhdəlikləri 11 mln. 178 min manat artaraq 303 mln. 296 min manata çatıb.
Bankın cəmi kapitalı isə 311 min manat artaraq 55 mln. 911 min manata çatıb.
DEPOZİT PORTFELİ KİÇİLİB
Dövlət bankının müştərilərinə verdiyi kreditlər 19 mln. 154 min manat azalaraq 160 mln. 248 min manata enib. Bundan başqa müştərilər banka yerləşdirdiyi əmanətləri geri çəkiblər. Belə ki, bank depozit portfeli 344 min manat azalaraq 179 mln. 940 min manata enib. Bunun əsas səbəbi fiziki şəxslərin bankda olan depozitlərinin 8 mln. 657 min manat artması qarşılığında, hüquqi şəxslərin depozitlərinin 9 mln. manat azalmasıdır.