BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Gülalıyev əməliyyat olunacaq

Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə O.Gülalıyevin oğlu Alı Gülalıyev məlumat verib.

 

O bildirib ki, hüquq müdafiəçisinin durumunda müsbət gəlişmələr olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya O.Gülalıyev hələ ki, çox zəif cavab verdiyindən iki gün əvvəl MRİ ediblər: “Nəticəsinə görə beynində akut hidrosefali (kəskin surətdə su artması) yaranıb. Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq”.

 

Xatırlatma: Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib. Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, o, Türkiyəyə aparılıb. Hazırda İstanbulda Amerika  xəstəxanasındadır.

Tarix: 9 Yanvar 2020, 17:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin