30 saylı Suraxanı Birinci Seçki Dairəsindən Ümid Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş İlahə Sadıqovanın namizədliyi qeydə alınıb.
MSK İqbal Ağazadənin müavini ilə bağlı qərarı dəyişdi
Pravda.az-ın xəbərinə görə, MSK-nın ekspert qrupu yoxlama aparıb və etibarlı imzaların sayının 467 nəfər olduğu müəyyənləşib. Buna görə də MSK DSK-nın qərarını ləğv edib və İlahə Sadıqovanın namizədliyi qeydə alınıb.
Qeyd edək ki, İ.Sadıqovanın imza vərəqələrindəki imzaların bir neçəsi şübhəli sayıldığı üçün müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmamışdı. İ.Sadıqova Ümid Partiyasının sədr müavinidir.