“Ermənistanın bu dəfə doğru addım ataraq sülh tərəfdarı olacağını gözləyirik. Xoş niyyətlə və səmimi davrandığı təqdirdə Ermənistanın atacağı müsbət addımlara eyni yanaşma ilə qarşılıq verəcəyimizə heç kim şübhə etməməlidir”.
Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.
O bildirib ki, 30 illik işğalın nəticələrinin aradan qaldırılmasında Türkiyə Azərbaycanla bir və bərabər olacaq.