“Günay Bank” 2020-ci ili 81% azalma ilə başa vurub.
Pravda.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Günay Bank”ın xalis mənfəəti 1 il ərzində 1 mln. 765 min manat və ya 81% azalaraq 408 min manata düşüb.
Bankın cəmi aktivləri 2019-cu ilin yekunu ilə müqayisədə 29 mln. 286 min manat azalaraq 245 mln. 42 min manata düşüb. Bunun səbəbi isə bankın müştərilərinə verdiyi xalis kreditlərin 33 mln. 195 min manat artaraq 170 mln. 654 min manata çatması olub.
Bankın cəmi öhdəlikləri isə 28 mln. 585 min manat artaraq 179 mln. 965 min manata çatıb. Bu isə bankda yerşlədirilən depozitlərin 12 mln. 919 min manat artıb 94 mln. 488 min manat olmasına görədir. Bankın cəmi kapitalı 701 min manat artaraq 65 mln. 77 min manata yüksəlib.