“Xain düşmən 30 illik işğal dövründə Azərbaycan torpaqlarında ekoloji terror törədib”.
Pravda.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunda Azərbaycanın Baş naziri Əli Əsədov deyib.
“Təəssüf ki, qədim tarixə, orijinal maddi və mənəvi mədəni irsə, özünəməxsus bitki və heyvanlara, zəngin faydalı qazıntılara sahib olan Qarabağ vəhşicəsinə istismar edilib. Regionda meşə sahələri şüurlu şəkildə məhv edilib, münbit torpaqlar və su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qalıb. Düşmən torpaqlarımızı tərk edərkən ağaclarımızı yandırıb, meşələrimizi məhv edib”, - deyə Baş nazir bildirib.