Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

“Hyatt Regency Baku” hotelinin rəhbəri cərimələndi

1 498
Paylaş:
“Hyatt Regency Baku” hotelinin rəhbəri cərimələndi

Yasamal Rayon Məhkəməsi “Hyatt Regency Baku” hotelinin baş direktoru Qaq Valteri inzibati qaydada cərimələyib.

Pravda.az-ın xəbərinə görə, o, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Bu əmələ görə vəzifəli şəxslər 500 manatdan 2000 manatadək cərimə edilir.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə razılaşmayan Q.Valter apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 5 ulduzlu “Hyatt Regency Baku”nun baş direktoru Qaq Valter Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvüdür.

Report

Paylaş:

Ən son xəbərlər