Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Vyetnam Respublikasında “Hanfimex Group” müəssisəsi tərəfindən istehsal olunan və "KAMSER TRADE GRUOP" MMC tərəfindən ölkəmizə idxal edilən 6 ton darçın məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.