Bu ilin yanvar ayında Azərbaycana xaricdən 4 min 642 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Pravda.az Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ölkəyə gətirilən avtomobilləri ümumi gömrük dəyəri 53 milyon 444,6 min dollar olub. Nəticədə ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 11 min 513 dollar (19 min 572 manat) olub.
Yanvar ayı ərzində Azərbaycana 4 min 238 ədəd minik avtomobilləri, 31 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 367 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 6 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.