“Dinc əhali və əsgərlər ölür. Minalanmış sahələrin xəritəsinin təqdim edilməsi - bu gün erməni tərəfinə başlıca tələbdir. Əgər insanlar minaları elə-belə səpələyiblərsə və xəritə tərtib etməyiblərsə, mahiyyətcə bu, hərbi cinayətdir”.
Pravda.az xəbər verir ki, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiyanın “Nasionalnaya slujba novostey” (“Milli xəbər xidməti”) informasiya agentliyinin mətbuat mərkəzində təşkil olunan “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda “Moskva-Bakı” telekörpüsünün gedişi zamanı bildirib.