Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

FHN qəza ilə bağlı məlumat yaydı

1 110
Paylaş:
FHN qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

FHN-dən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:

Ən son xəbərlər