“WhatsApp” sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilər üçün funksiyaları məhdudlaşdıracaq.
Pravda.az xəbər verir ki, “TechCrunch” portal bu barədə messencer xidməti tərəfindən göndərilən məktuba istinadən yazıb.
Bildirilir ki, istifadəçilər 15 may tarixinədək yeni məxfilik qaydalarına məhəl qoymaya bilər. Ancaq bundan sonra “WhatsApp” mesajlara baxmaq və tətbiq vasitəsilə mesaj göndərmək funksiyalarını məhdudlaşdıracaq. Bundan başqa, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin hesabını silə bilər.