BURADA REKLAMINIZ OLA
BİLƏR

"Röya kinli insan deyil"

Müğənni Elton Hüseynəliyev qalmaqal yaşadığı xalq artisti Röya Ayxan ilə münasibətindən danışıb.

 

Pravda.az xəbər verir ki, müğənni "ATV maqazin onlarla" verilişində Röya Ayxan ilə küsülülüyə son qoyduğunu deyib: "Bir vaxtlar problem olmuşdu. Röya Ayxan kinli insan deyil, gözəl sənətkardır. Allah yolunu açıq etsin, balasını saxlasın. Onunla bir toy mərasimində qarşılaşdıq, dedi ki, Elton Hüseynəliyev məni təqdim eləsin. Onu təqdim elədim, barışdıq, görüşdük".

 

Qeyd edək ki, Röya Ayxan və Elton Hüseynəliyev arasında bir müddət əvvəl qalmaqal yaşanıb. Toyların birində hər iki müğənni arasında mübahisə baş verib.

Tarix: 22 Fevral 2021, 00:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin