Yerevanda mitinq keçiriləcək

Bu gün saat 18:00-da Ermənistanın paytaxtı Yerevanda “Vətənin qurtuluşu uğrunda” hərəkat kütləvi itaətsizlik aksiyası keçirəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Aksiyanın keçirilməsi barədə qərar ötən həftənin sonlarında keçirilən mitinqdə qəbul edilib. Etirazçılar baş nazir Nikol Paşinyan və onun komandasının istefa verməsini tələb edirlər.

 

Qeyd edək ki, Ermənistanda Paşinyan əleyhinə kütləvi aksiyalar ötən il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatdan sonra başlayıb. Müharibədəki kapitulyasiya aktına etiraz edən müxalifət fəalları bu günə qədər bir neçə etiraz aksiyası, yürüş keçiriblər. Mitinqlər zamanı baş verən qarşıdurmalarda onlarla insan xəsarət alıb, habelə xeyli sayda etirazçı saxlanılıb.

 

Report

Tarix: 22 Fevral 2021, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin