Yeni Azərbaycan Partiyası özünün qurultayını keçirəcək.
Pravda.az xəbər verir ki, bu barədə hakim partiyadakı mənbələr bildirib. Məlumata görə, YAP-ın bu dəfəki qurultayı əvvəlkilərdən xeyli fərqli olacaq. Belə ki, hakim partiyanın İdarə Heyəti və Siyasi Şurasında olan bir sıra ünlü şəxslər öz postlarından kənarlaşdırılacaq.
Mənbə YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin kimliyini də açıqlayıb. Qurultayda YAP sədrinin 4 müavinindən 2-si öz postu ilə vidalaşacaq.
Həmin şəxslər bunlardır.
1.Əli Həsənov (Baş nazirin sabiq müavini)
2. Akif Əlizadə (AMEA-nın sabiq prezidenti)
İdarə heyətindən kənarlaşdırılacaq şəxslər də bir zamanlar hakim partiyanən əsas simaları olanlardır. Onları da təqdim edirik:
1. Hacıbala Abutalıbov – Baş nazirin sabiq müavini
2. Vaqif Əliyev – Mədəniyyət və Turizm nazirinin I müavini
3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri
4. Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini
5. Əli Həsənov – PA-nın sabiq şöbə müdiri