Ceyhun Bayramov Ərdoğanla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.

Pravda.az-ın məlumatına görə, qəbul bu gün Türkiyə Prezident Administrasiyasında baş tutacaq.

Qeyd edək ki, fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarci işlər nazirlərinin 5-ci üçtərəfli görüşü olacaq.

Tarix: 23 Fevral 2021, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin