“Antimilli Şura ilə Ermənistandakı keçmiş xunta eyni yerdən qidalanır” - Cavid Osmanov

“Antimilli Şuranın üzvləri və Ermənistanda keçmiş xuntanın rəhbərliyi eyni tezislərdən çıxış edirlər, eyni yerdən qidalanırlar”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, həmçinin, onlar Azərbaycan və Türkiyənin yaxın münasibətindən narahat olurlar: “Azərbaycan gəncliyinə səslənirəm ki, bu çağırışlara uymasın. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı birlik nümayiş etdirdi. Biz bu birliyi daha da gücləndirməliyik”.

Tarix: 23 Fevral 2021, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin