Teleparıcı Zaur Kamal müğənni Xatirə İslamın bostanına daş atıb.

Pravda.az xəbər verir ki, aparıcısı olduğu "7 Canlı" proqramında qonaq olan müğənni Manaf Ağayev və Aqşin Taryeloğlunun cibinə pul qoyub.

O Xatirəyə söz ataraq, “belə olmalıdır, müğənnilər istəyir” deyə bildirib.

Aparıcı daha sonra fikirlərinə “Biz sizi məşhur edirik, yuxarı qaldırırıq, tamaşaçıya sevdiririk. Efir olmasa, siz məşhurlaşa bilməzsiniz" - deyə davam edib.

Qeyd edək ki, bir neçə gün öncə Xatirə İslamın efirə çıxmaq üçün qonorar tələb etməsi xeyli müzakirə olunmuşdu.