Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 123 nəfər üzvünün namizədliyi qeydə alınıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə YAP icra katibinin müavini Siyavuş Novruzov məlumat verib.
Ümumxalq partiyası olaraq Yeni Azərbaycan Partiyasının namizədləri cəmiyyətin bütün təbəqələrini təmsil edir və onların hamısı ali təhsillidir. Hər zaman digər partiyalardan fərqli olaraq YAP öz sıralarında cəmiyyətin öncül ziyalı təbəqəsinin yer almasına xüsusi həssaslıqla yanaşmışdır. Bu şəxslər daim partiyanın rəhbərliyinin diqqət mərkəzində olmuş, həm seçki orqanlarda, həm də idarəetmə aparatının digər qollarında uğurla təmsil olunmuşdur. Həmin amil özünü budəfəki namizədlər siyahısında da biruzə vermişdir. Belə ki, YAP namizədlərinin 21 elmlər doktoru, 22 isə elmlər namizədidir.
Namizədlərin müəyyən olunmasında mühüm amillərdən biri də ötən çağırışlarda deputat olmuş şəxslərin fəaliyyətinin dəyərləndirilməsi zamanı ortaya çıxmışdır. Belə ki, bu dəfə namizədlər siyahısında öz seçiciləri ilə mütəmadi görüşən, onların problemləri ilə maraqlanan və həll edən,komissiyaların və plenar iclasların işində fəal iştirak edən, ölkəmizi xaricdə uğurla təmsil edən deputatlar yer almışdır. Onların sayı 45 nəfərdir.
Partiyamız daim yaşlı və gənc nəslin müvafiq olaraq təcrübə və enerjisinin vəhdətinə, başqa sözlə sinerjisinə inanır. Ona görə də təsadüfi deyil ki, namizədlərimizin 18 nəfərini 35 yaşadək gənclər, 30 nəfərini isə 60 yaşdan yuxarı şəxslər təşkil edir.
Ölkəmizdə iqtisadi inkişafa paralel olaraq dövlət bölməsi ilə yanaşı təsərrüfatın özəl sektoru da sürətlə inkişaf edir. Həmin sahədən çıxmış şəxslərin parlamentdə təmsil olunması və bu zümrənin tələb, təklif və qayğılarını qanunverici orqanda dilə gətirməsi günün tələbinə çevrilmişdir. Namizədlərimiz arasında 10 nəfər məhz bu sahəni təmsil edir.
Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirmək” çağırışı partiyamızın fəaliyyətində mühüm proqram xarakteri daşımaqdadır. Bu baxımdan təhsil və səhiyyə millətimizin sağlam gələcəyinin təmin edilməsi səbəbindən strateji əhəmiyyət daşıyır. Namizədlər siyahımızda 22 nəfər təhsil, 6 nəfər səhiyyə sahəsini təmsil etməklə, əgər seçilərlərsə, bu sferada qəbul olunacaq qanun və qərarların keyfiyyət və effektivliyi baxımından mühüm rol oynayacaqlar.
Bələdiyyələrə adətən “kiçik demokratiya məktəbləri” deyilir. Namizədlərimizdən 6 nəfəri artıq bu mərhələni geridə qoyaraq, siyasi və seçki təcrübəsi əldə edərək partiyamızı qanunverici orqanda təmsil etmək üçün irəli sürülmüşdür.
YAP hər zaman gender bərabərliyi prinsiplərinə əməl edərək hakimiyyətin hər üç qolunda – qanunverici, icraedici və məhkəmə sistemlərində qadınların təmsil onunmasına xüsusi əhəmiyyət vermişdir. Bu dəfə də partiyamız ənənəsinə sadiq qalaraq 28 nəfər ictimai-siyasi cəhətdən fəal və öz sahəsində uğur qazanmış qadınlarımıza siyahısında yer vermişdir. İndi isə Azərbaycan Respublikasında 09 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərində iştirak etmək üçün irəli sürülmüş namizədlərin sosial tərkibinin statistikasını təqdim edirəm:
Namizədin sayı: - 123 nəfər
Onlardan: Qadın - 28 nəfər
Kişi - 95 nəfər
Yaş qrupları üzrə: 18-35 yaş - 18 nəfər
36-45 yaş - 35 nəfər
46-60 yaş - 40 nəfər
60-dan yuxarı - 30 nəfər
Fəaliyyət sahələri üzrə: Dövlət sektoru - 32 nəfər
Milli Məclisin deputatı - 45 nəfər
Bələdiyyə üzvləri - 6 nəfər
Səhiyyə üzrə - 6 nəfər
Təhsil üzrə - 22 nəfər
Özəl sektor - 10 nəfər
Müvəqqəti işsiz - 2 nəfər
Təhsil üzrə: Ali - 123 nəfər
Elmi dərəcəlilər: Elmlər namizədi - 22 nəfər
Elmlər doktoru - 21 nəfər
YAP rayon (şəhər) təşkilat sədrləri: - 8 nəfər
17 Oktyabr 16:10
17 Oktyabr 15:33
17 Oktyabr 14:30
17 Oktyabr 13:29
17 Oktyabr 13:04
17 Oktyabr 13:01
17 Oktyabr 12:54
17 Oktyabr 12:38
17 Oktyabr 12:36
17 Oktyabr 11:33
17 Oktyabr 11:27
17 Oktyabr 11:26
17 Oktyabr 11:22
17 Oktyabr 11:20
17 Oktyabr 11:18
17 Oktyabr 11:16
17 Oktyabr 11:13
17 Oktyabr 11:09
17 Oktyabr 10:53
17 Oktyabr 10:15
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
Ən son xəbərləri səhifəmizdən də izləyin