BURADA REKLAMINIZ OLA
BİLƏR

ETSN hava şəraiti ilə bağlı məlumat yaydı

Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib.

 

Həmin rayonlarda 13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub. Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur , Ordubadda bu gecə mənfi 2- 3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur mənfi 6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib.

Tarix: 25 Fevral 2021, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin