Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin sabit saxlanılması üçün valyuta ehtiyatlarından istifadə etmir, əksinə bazardan valyuta çıxarır.
Azərbaycanın valyuta ehtiyatlarının həcmi açıqlandı
Pravda.az-ın xəbərinə görə, bunu qurumun sədri Elman Rüstəmov sahibkarlarla görüşdə deyib.
“Son nəticədə həm AMB-nin, həm də Azərbaycanın valyuta ehtiyatları artmaqdadır və artıq ölkəmizin ehtiyatları 51 milyard ABŞ dollarını keçib. Bu isə ölkənin xarici borcundan 5 dəfə çoxdur, illik ümumi daxili məhsulun dəyərinə bərabərdir” - qeyd edib.