BURADA REKLAMINIZ OLA
BİLƏR

MSK: "Dünyasını dəyişən şəxslərin adına seçki bildirişi göndərilməyəcək"

Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərində dünyasını dəyişən şəxslərin adlarına seçici bildirişlərinin göndərilməsinə aydınlıq gətirib.

 

Pravda.az-ın xəbərinə görə, MSK-dan bildirilib ki, parlament seçkilərində dünyasını dəyişən şəxslərin adına seçki bildirişi göndərilməyəcək: “Ötən seçkilərdə bir neçə dairədə qeydə alınan bu məqam sadəcə texniki məsələdir. Heç bir seçici siyahısının ideal olması mümkün deyil. Parlament seçkilərində bu kimi halların təkrarlanmayacağına ümid edirik”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, 2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində dünyasını dəyişən bəzi şəxslərin adına da seçkilərdə iştirak etməyə dəvət haqqında bildirişlər göndərilib.Modern.az

Tarix: 10 Yanvar 2020, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin