“Hansısa şərəfsiz və alçaq mənim adımdan belə bir status paylaşıb. Guya mən bunları demişəm: “Hərbçilərin ikiqat maaş almasına qarşıyam. Buna ehtiyac yoxdur. Aldılar, bəsləridir. Hazırda Qarabağ döyüş bölgəsi deyil””.
Deputat: “Guya demişəm ki, hərbçilərin ikiqat maaş almasına qarşıyam”
Pravda.az xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib.
“Bunları mənim adımdan yayan şərəfsiz və alçaqlara üzümü tutub deyirəm: “Bu cümlələrin birini mənim səsimlə paylaşsanız, yaxud bu ifadələri hansısa yazımda tapıb göstərsəniz, Xalqım qarşısında üzr istəməyə hazıram”. Şərəfsiz və alçaqlar, qandıra bildim sizləri!”.