Əməkdar artist Nüşabə Ələsgərli Ağdaşda qoşulub qaçan qudalara görə əsəblərinə hakim ola bilməyib.
Pravda.az xəbər verir ki, "Bizimləsən" verilişinə gələn müğənni qudalardan biri Rizvana ağır sözlər deyib. O, qudası Yaqutu əxlaqsız adlandıran Rizvana danışmağa imkan verməyib:
"Sənə qalıb onun əxlaqsız olduğunu sübut etmək? Qudanı əxlaqsız adlandırmaq sənə qalıb? Qoy, başqası sübut etsin. Əxlaqsızın yekəsi elə sənsən. Get işinin arxasınca. Sən əxlaqsızlığı kimə sübut edirsən? Getmisən kefinin arxasınca. Camaatın qadınını ləkələyir. Sən sübut etdin ki, xəyanətkar ərsən, qohumuna pis gözlə baxan əxlaqsızsan. O qadındır, bəlkə, quşbeyindir. Əxlaqsızsan ki, onu yoldan çıxarmısan. Gedib başqasını yoldan çıxarardın, qudana niyə edirdin? Biqeyrət".
Daha sonra söyüş söyməyə başlayan Nüşabə Ələsgərlinin mikrofonunu bağlayıblar. Axşam.az