BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Gülalıyev yenidən əməliyyat olundu

Oqtay Gülalıyev yenidən əməliyyat olunub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev məlumat verib.

 

O, əməliyyatın 3 saatdan çox çəkdiyini deyib: “Həkim Mehdi Sasaninin sözlərinə görə, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir”.

 

Xatırlatma: Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib. Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, o, Türkiyəyə aparılıb. Hazırda İstanbulda Amerika  xəstəxanasındadır.

Tarix: 10 Yanvar 2020, 19:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin