68 saylı Cəlilabad kənd seçki dairəsindən namizədliyini irəli sürən tarix müəllimi Mirbağır Bünyatov rayonu tərk edib.
Pravda.az-ın xəbərinə görə, bu barədə M.Bünyatov özü məlumat verib.
68 saylı Cəlilabad kənd seçki dairəsindən namizədliyini irəli sürən tarix müəllimi Mirbağır Bünyatov rayonu tərk edib.
Pravda.az-ın xəbərinə görə, bu barədə M.Bünyatov özü məlumat verib.
Onun sözlərinə görə, Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalır: “Məndən geri çəkilməyi tələb edirlər. Deyirlər ki, geri çəkilməsən, özün və qohumların çalışdıqları yerlərdən azad ediləcəklər”.
M.Bünyadov Cəlilabad rayonu Qarazəncir kənd 1 saylı məktəbdə tarix müəllimi işləyir. Həmçinin Xəttat Kilimçi ləqəbi ilə bədii yaradıcılıqla məşğuldur. İki kitab müəllifidir.