Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Rusiya sazişdən çıxdı

1 490
Paylaş:
Rusiya sazişdən çıxdı

Rusiya İrəvanda fəaliyyət göstərən Rusiya-Erməni Universiteti haqqında sazişdə iştirakdan imtina edib.

Pravda.az-ın xəbərinə görə, bu barədə Rusiyanın rəsmi hüquq informasiya portalında Nazirlər Kabinetinin dərc olunan sərəncamında bildirilib.

Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında İrəvandakı Rus-Erməni Universitetinin fəaliyyəti ilə bağlı razılaşmanın tərəfi olmamaq niyyəti barədə Ermənistan tərəfinə bildiriş göndərilsin.

Qeyd edək ki, Rusiya-Erməni  Universiteti 1997-ci ilin avqustunda Moskvada imzalanan Ermənistan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında imzalanmış ikitərəfli saziş əsasında yaradılıb.

APA

Paylaş:

Ən son xəbərlər