BURADA REKLAMINIZ OLA
BİLƏR

“Milli Məclis sədrinin adından yayılmış olan “Hərbiçilərə iki qat maaş lazım deyil” fikirləri tamamilə əsassız fikirlərdir”

“Təəssüf ki, bəzi saytlar və sosial şəbəkə səhifələri İP qazanmaq, oxucu yığa bilmək kimi məqsədlərlə ucuz vasitələrə əl atırlar. Belə ki, Milli Məclis sədrinin adından yayılmış olan “Hərbiçilərə iki qat maaş lazım deyil” fikirləri tamamilə əsassız fikirlərdir. Həmin iclasda iştirak edən bir deputat olaraq bildirmək istəyirəm ki, bu kimi həqiqətə uyğun olmayan fikirlərin Milli Məclis sədrinin adına çıxılması heç bir etik qaydalara sığmayan haldır və belə əsassız məlumatların sosial şəbəkələrdə tirajlanmasında özünü müxalifət adlandıran radikallar və qaragüruhlar xüsusilə maraqlıdırlar».

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız düşməndən azad edilmiş və təmas xətti dəyişmişdir. Daha doğrusu Azərbaycanla Ermənistan arasında dövlət sərhədləri bərpa edilməyə başlanılmışdır. Hərbiçilərinin iki qat maaş təminatı ilə bağlı Müdafiə Nazirliyi tərəfindən rəsmi açıqlama verilmiş və bu məsələ ilə bağlı dəqiqləşdirmə işlərinin aparıldığı bildirilmişdir. Bir daha qeyd etmək istərdim ki, həmin plenar iclas zamanı hərbiçilərimizin maaşlarının azaldılması kimi heç bir fikir səsləndirilməyib» - C.Osmanov qeyd edib.

Tarix: 1 Mart 2021, 20:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin